Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu yoxlama oyunu çərçivəsində keçirilən Türkiyə – Azərbaycan matçı ilə bağlı paylaşım edib.
BAKU.NEWS xəbər verir ki, dövlət rəsmisi tvitter hesabında yazıb:
“Alanyada məğlub olan yoxdur. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Avro-2020-də öz evimizdə, Bakıdayıq. Can Azərbaycana ev sahibliyində uğurlar arzu edirəm”.
Qeyd edək ki, Alaniya şəhərində keçirilən Türkiyə-Azərbaycan matçı 2:1 hesabı ilə başa çatıb.


