“By Muxtar” Music Hall-da qonaqlar üçün xüsusi Halloween Party təşkil olunub.
Gecə boyunca fərqli dekorasiyalar, musiqi, əyləncə və maraqlı obrazlar tədbirə xüsusi abhava qatıb.
Partinin ən diqqətçəkən hissələrindən biri qonaqların könüllü şəkildə xüsusi Halloween qrimajı olunması idi. Xanımlar və digər qonaqlar fərqli obrazlara çevrilərək gecəyə daha rəngarəng və əyləncəli görüntü qazandırdılar.
Yüksək əhval-ruhiyyə və maraqlı anlarla yadda qalan Halloween Party qonaqlar tərəfindən böyük maraqla qarşılandı və “By Muxtar”da keçirilən ən yaddaqalan tematik gecələrdən birinə çevrildi.






