18 iyun saat 19:00-da Dənizkənarı Bulvar ərazisində “Atalar Günü” həsr olunan tədbir təşkil ediləcək.
BAKU.NEWS xəbər verir ki, tədbir bütün ictimaiyyət üçün açıq olacaq.
Qeyd edək ki, “Atalar Günü” 1972-ci ildən dünyanın müxtəlif ölklərində keçirilir. Ekspertləri bildirir ki, bir çoxları ailədə atanın rolunu oturuşmuş sosial normalara uyğun olaraq yalnız “ailənin çörək qazananı” qismində görür, bu isə yanlış təsəvvürdür. Kişilər və qadınlar ailənin rifahının təmin edilməsindən övlada qayğı və qulluq göstərilməsinədək ailə həyatının bütün sfelararında bərabər iştirak hüququ və məsuliyyətinə malikdir.
S.Kərimova


