Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlik Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralanmış qəhrəmanlarımızın sosial dəstəklə əhatə olunması üçün plan üzrə işlər aparır.
BAKU.NEWS-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Onun sözlərinə görə, bu il 1500 şəhid ailəsinə mənzil veriləcək.
“Hazırda qalan ailələrə də mənzillərin verilməsi ilə bağlı işlər görülür. İlin sonuna qədər qalan mənzillər də şəhid ailələrinə təqdim ediləcək. Bu il həmçinin müharibə əlillərinə 400 avtomobilin verilməsi nəzərdə tutulur. Artıq həmin ailələrin bəzilərinə avtomobillər təqdim olunub. İlin sonuna qədər bu rəqəm 400-ə çatdırılacaq”.


