“Cari il ərzində 1200-ə qədər şəhid ailəsinə təqaüd təyin edilib”.
BAKU.NEWS-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, nazirlik həmçinin şəhid ailələrinə psixoloji yardım göstərir:”Bununla yanaşı, erməni təcavüzü nəticəsində təsərrüfatına ziyan dəyən ailələrə də dəstək layihəsi həyata keçirilir. Həmin ailələrin özünü məşğulluğu ilə bağlı tədbirlər görülür”.


