Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq.
BAKU.NEWS xəbər verir ki, Bankın faiz dərəcəsini 19%-də saxlayacağı gözlənilir. Bir əvvəlki toplantıda da Türkiyə Mərkəzi Bankı faiini dəyişməz saxlamışdı.
Türkiyədə 19 təşkilat arasında keçirilmiş sorğuya görə, Türkiyə Mərkəzi Bankı May ayında faizini sabit saxlayacaq, il sonunda isə faizi 16% səviyyəsinə endirəcək.
TCMB-nin ilk faiz endiriminin nə vaxt olacağı ilə əlaqədar suala iki təşkilat İyun, dörd təşkilat İyul, beş təşkilat, Avqust, beş təşkilat Sentyabr, üç təşkilat da Oktyabr ayında ilk faiz endiriminin reallaşmasını gözlədiklərini bildirib.
İl sonunda ən çox faiz endirimi gözləyən təşkilat faizin 14,75% səviyyəsinə qədər endiriləcəyini bildirib, bir təşkilat faizin 3 bənd artırılaraq 22% səviyyəsinə qaldırılacağını düşünür.


