Hadisə Ramana qəsəbəsində baş verib.
Şuşa şəhərciyində yaşayan 17 yaşlı İ.M. özünü asaraq öldürüb.
Onun meyiti müayinə olunması üçün morqa yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Yaxınlarının hüquq-mühafizə orqanın əməkdaşlarına verdiyi məlumata görə, o, özünü asmamışdan qabaq boynuna keçirdiyi iplə şəkil çəkdirib.
Həmin şəkli sevdiyi qıza göndərib. /APA/

