Artıq altıncı gündür ki, Gürcüstan yanğınsöndürənləri Borjomidə baş verən meşə yanğınının öhdəsindən gəlməyə çalışırlar.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Bildirilib ki, avqustun 19-da Kür çayının sağ sahilində, Borjomi rayonunun Kvabisxevi və Zovreti kəndləri arasında meşə yanğını başlayıb. Yanğının söndürülməsinə Gürcüstan Müdafiə Nazirliyinin qüvvələri, sərhəd polisinin helikopterləri cəlb olunub, həmçinin müvafiq yanğınsöndürmə və xilasetmə maşınları da səfərbər edilib. Avqustun 24-dən etibarən yanğının söndürülməsində Türkiyədən də helikopterlər iştirak edir.
Qeyd edək ki, son məlumata görə, artıq 150 hektar meşə sahəsi yanıb.


