Oktyabrın 20-si Cəbrayılda avtomobil qəzasına düşən Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın Türkiyədə xəstəxanada evə buraxılıb.
BAKU.NEWS xəbər verir ki, siyasətçi jurnalistlərə açıqlamasında bunları deyib:
“Avtomobildə bir neçə dəfə fırlandıq, ağır qəza keçirdik. Qəza nəticəsində başımda cərrahi müdaxilə tələb olunan kəsik var idi. 2 dəfə əməliyyat olundum.
Bundan başqa, körpücük sümüyü ayrılmışdı, bu da həll edildi. 2 qabırğa sınığım var idi, bunlar da zamanla yaxşılacaq.
Azərbaycanda edilən ilk müdaxilənin ardından məmləkətimizə qayıtdıq. Yaxşıyıq, bundan sonrakı müalicəmiz evdə davam edəcək”.


