Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.
Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.
Əraziyə cəlb olunmuş işçi qüvvəsi və xüsusi texnikaların fasiləsiz və operativ fəaliyyəti nəticəsində təxirəsalınmaz tədbirlər qısa zamanda və yüksək keyfiyyətlə başa çatdırılıb. Nəticədə yol yenidən sürücülərin istifadəsinə verilib və vətəndaşların rahat, təhlükəsiz hərəkəti təmin olunub.
Beləliklə, daha bir ərazidə nəqliyyat infrastrukturunun dayanıqlılığı bərpa edilərək əhalinin gündəlik gediş-gəlişi üçün əlverişli şərait yaradılıb.
TREND
- Taleh Kazımov ona vəzifə verdi
- İİTKM-də “The Coca-Cola Company” nümayəndələri ilə görüş keçirilib
- İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir
- Etibarlı servis, görünən nəticə – İndikator Avto
- Səyyar ASAN xidmət İsmayıllıda
- Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı
- İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
- Fərid Əhmədov: Probasiya şərtlərini pozmuş şəxslərin sayında kəskin azalma müşahidə edirik


