İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
BAKU.NEWS klubun rəsmi saytına istinadla xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Çelsi” komandasından ayrılan Andreas Kristenseni transfer edib.
İyirmi altı yaşlı danimarkalı müdafiəçi ilə dördillik müqavilə imzalanıb.
Qeyd edək ki, “Barselona” daha əvvəl İtaliyanın “Milan” klubundan Frank Kessyeni transfer edib.


