“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
Bu, Azərbaycanın bölgələrinə hərəkət edən sərnişin qatarlarının növbəti dayanacağıdır.
Qatar Kürdəmirə 2 saat 11 dəqiqəyə çatacaq.
Qeyd edək ki, aprelin 18-dən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Bilet satışı bu gündən başlayır.
TREND
- İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
- Fərid Əhmədov: Probasiya şərtlərini pozmuş şəxslərin sayında kəskin azalma müşahidə edirik
- “Piano Hall”da nöqsanlar aşkarlandı
- “Android”in Azərbaycan bazarındakı payı artıb
- “Azərişıq” 1 milyon manatlıq tender elan edib
- “Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb
- “TikTok”da alış-veriş edənlər üçün yeni funksiya
- PASHA Holdingin Baş İcraçı Direktoru tələbələr üçün master klass keçib


