Bakı Nəqliyyat Agentliyi paytaxta yağan güclü yağışdan sonra yollarda yaranan gölməçələrlə bağlı sürücülərə müraciət edib.
BAKU.NEWS-un verdiyi xəbərə görə, BNA sözçüsü Mais Ağayev bildirib ki, hazırda davam edən yağışla əlaqədar bəzi ərazilərdə su yığılması halları müşahidə olunur:
“Bu da, öz növbəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edirik”.











