Bakıda qadının 23 min dolları oğurlanıb.
Bu barədə BAKU.NEWS-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində paytaxt sakini olan bir qadının içərisində 80 manat, 23 min 500 ABŞ dollar məbləğində pulu və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


