Bakının Nizami rayonunda yerləşən iri supermarketin sanitar qovşağında boğazı kəsilmiş vəziyyətdə 28 yaşlı kişi tapılıb.
BAKU.NEWS APA-ya istinadla xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən supermarketlərin birində qeydə alınıb.
Marketin işçiləri sanitar qovşaqda bir nəfəri boğazı kəsilmiş halda aşkar ediblər. Yaralı xəstəxanaya çatdırılıb. Onun 1993-cü il təvəllüdlü İsmayılov Şakir Bəşir oğlu olduğu müəyyən edilib.
Polislər tərəfindən hadisənin təfərrüatı araşdırılır.


