Bu gün səhər saatlarında Bakıda güclü külək müşahidə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, külək günün sonuna kimi müşahidə ediləcək.
Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qərb, şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 28-i axşamdan 29-u səhərədək hava şəraitinin yarımadanın bəzi yerlərində fasillərlə yağıntılı olacağı ehtimal olunur.


