Bakıda 16 yaşlı gənc itkin düşüb.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 28-də paytaxtın Sabunçu rayonu, Bünyatzadə küçəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Vəliyev Kənan Fariz oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.


