Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
Bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.
“Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik”, – qurumun məlumatında bildirilib.
Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.
TREND
- İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
- Sea Breeze ərazisində möhtəşəm CineMastercard kinoteatrı açılacaq – FOTOLAR
- Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
- Azərbaycan Zəfərdən sonra: Sülh, təhlükəsizlik və müstəqil xarici siyasət
- Fitch: “Italiana Petroli”nin alınması SOCAR-ın biznes diversifikasiyasını yaxşılaşdıracaq
- Yeni Azərbaycanı yeni uğurlara aparan siyasi qüvvə
- Azərbaycan oftalmologiyasının elmi potensialı Daşkənddə təqdim olunub
- Xalq artisti evdə yıxılıb xəsarət aldı


