Bu ilin yanvar-sentyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 5,7 milyon sərnişinə xidmət göstərib.
Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev məlumat verib.
Onun sözlərinə görə, Bakı 42 aviaşirkət vasitəsilə 77 istiqamətlə əlaqələnib.
AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) 282 mindən çox uçuşa xidmət göstərib, tranzit uçuşların sayı isə 15 % artıb.


