SSRİ Xalq artisti Vasili Lanovoy 88 yaşında dünyasını dəyişib.
BAKU.NEWS Rusiya mediasına istinadən xəbər verir ki, aktyor koronavirusdan dünyasını dəyişib. Belə ki, Vasili Lanovoy yanvarın əvvəlində həyat yoldaşı İrina Kupçenko ilə birlikdə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Ancaq aktyorun vəziyyəti pisləşdiyindən o, reanimasiyada müalicə olunurdu.
Qeyd edək ki, Lanovoy 1934-cü ildə anadan olub. O, əvvəlcə jurnalistika, daha sonra isə aktyorluq ixtisası üzrə təhsil alıb.
Xalq artisti “Polad necə bərkidi”, “Hərb və sülh”, “Qırmızı yelkənlər”, “Anna Karenina”, “Baharın 17 anı” filmlərində yaratdığı obrazlarla məşhurdur.

