Azərbaycanlı futbolçu Fuad Bayramov Polşa çempionatında iki qol vurub.
BAKU.NEWS bildirir ki, Oxu.Az-ın xəbərinə görə, 26 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi Polşanın KSZO klubu III Liqanın IV qrupunda autsayder “Hetman” komandasını 6:0 hesabı ilə darmadağın edib.
Darmadağının əsasını isə start heyətdə meydana çıxan Fuad qoyub. O, 12 və 45+1-ci dəqiqələrdə dubl edib.
Qeyd edək ki, Fuad Bayramovun martda mövsümün sonunadək müqavilə bağladığı KSZO klubu hazırda 47 xalla səkkizinci sıradadır.


