Bu il mayın 1-nə Azərbaycanda 1 705 276 vergi ödəyicisi olub.
Redaksiya bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il mayın 1-i ilə müqayisədə 5,1 % çoxdur.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 5 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,1 % artıb.
Bu il aprelin sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,7 % çox – 208 315 vahid təşkil edib.
Apreldə 1 341 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,7 %-i yerli investisiyalı, 8,3 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 88,8 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,2 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 %-i MMC formasında yaradılıb.
TREND
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur
- “Azərpoçt”un keçmiş sədr müavininə bu qurumda vəzifə verildi
- ADRA-da açıq məkandakı reklamlarda əqli mülkiyyət məsələləri ilə bağlı görüş keçirilib
- İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik


