Azərbaycan qadının qadir olduğu yüksək intellekt və təfəkkür tərzi Azərbaycan xalqı ilə parallel dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.
Bu gün Azərbaycan qadını qayğıkeş ana olmaqla paralel, həm də, cəmiyyət həyatının bütün sferalarında layiqincə təmsil olunan bir simadır.
Azərbaycan qadının hazırda cəmiyyət həyatının bütün sahələrində layiqincə təmsil olunması onların malik olduğu yüksək peşəkarlıqla yanaşı, həm də Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gender siyasətinin nəticəsində mümkün olmuşdur. İstər ölkəmizin, istərsə də dünya mədəniyyətinin xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan qadınının cəmiyyətimizdəki bugünki rolu ölçüyəgəlməz səviyyədədir. Azərbaycan qadını təkcə mədəniyyət, elm, təhsil, səhiyyə sahəsində deyil, ölkəmizin siyasi həyatında da, tale yüklü məsələlərin həllində də daim öz töhfəsini verməkdədir.
Azərbaycanın ictimai-siyasi fikir tarixinə adları qızıl hərflərlə düşmüş yüzlərlə görkəmli Azərbaycan qadın mütəfəkkirlərinin adlarını saya bilərik. Azərbaycan qadının qadir olduğu yüksək intellekt və təfəkkür tərzi Azərbaycan xalqı ilə parallel dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.
Ulu Öndər Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra, yəni 1993-cü ildən etibarən qadınların ictimai-siyasi həyata qatılması, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Qeyd etmək yerinə düşər ki, dövlətimizin ən ali hüquqi qüvvəyə malik sənədi olan Konstitusiyamızda da qadınların kişilərlə bərabər hüququnu təsdiq edən və demokratik dövlət quruculuğu prosesində iştirak etmələri üçün demokratik baza prinsipləri yaradılmışdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Cənab Prezidentin hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik zərif cinsin nümayəndələrinə diqqətin və ehtiramın təcəssümüdür.
Şakir Bəşirov;
Neftçala rayon ziyalısı


