Azərbaycan idmançılarının Polşada keçiriləcək III Avropa Oyunlarına təntənəli yola salınma mərasimi olub.
BAKU.NEWS xəbər verir ki, Gənclər və İdman Nazirliyinin binası qarşısında təşkil olunmuş mərasimdə azarkeşlər, idmançıların yaxınları, müxtəlif federasiyaların rəsmiləri, nazirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Yola salınma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.
Daha sonra Heydər Əliyev adına beynəlxalq hava limanında təntənəli yola salma mərasim keçirilib.
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-dək davam edəcək.


