Avropada son 500 ilin ən quraqlıq dövrü müşahidə olunur.
BAKU.NEWS xəbər verir ki, Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzinin ekspertlərinin hazırladığı hesabatda iyul ayında qitədə quraqlığın təhlükəli səviyyəyə çatdığı bildirilib. Hesabatda Avropa İttifaqı (Aİ) torpaqlarının 47 faizində quraqlığın təhlükəli səviyyəyə çatdığı, Aİ-nin 17 faizində isə həyəcanverici səviyyədə olduğu vurğulanıb.
Ekspertlərin fikrincə, davam edən quraqlıq son 500 ilin ən quraq dövrü hesab olunur. Quraqlıq səbəbindən qitədə qarğıdalı, soya və günəbaxan istehsalının son 5 ilin orta göstəricisindən 15 faiz az olacağı gözlənilir.


