Elə bilirdim ki, qaysaq bağlayıb,
Ana həsrətimlə, anasız illər.
Yenə təzələndi köhnə dərdlərim
Uçuldu səbrimə qurulan bəndlər.
Sən demə özümü aldadırmışam
Keçən illərimlə ovudurmuşam.
Ana! Ruhum mənim, könül pərvanəm,
Sənsiz illərimi sənli sanmışam!
Sən demə özümü aldadırmışam..
Yenə darıxmışam mən sənin üçün,
Gözəl gözlərinçün, nəfəsi üçün,
Saçının qoxusu tütər hər yanda
İsti əllərinin hərarətini
hələdə duyuram yanaqlarımda.
Yenə təzələndi köhnə dərdlərim
Ay ana, səninçün yaman darıxdım.
Səni yerdə, göydə deyil, ay ana ,
Gözlərimin qarasında axtardım!
İradə Əlili


