Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS bildirir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun 262-ci kilometrliyinin Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
“Mercedes-Benz” markalı minik avtomobili ilə yük maşını toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, hadisə zamanı Zamir İbrahimov və Şamil Həlləyev vəfat edib.
Faktla bağlı araşdırma aparılır.




