Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun sədrliyi ilə Agentliyin 2026–2028-ci illər üzrə Strateji Planının icrasının ilk altı ayının nəticələrinə həsr olunmuş iclas keçirilib.
İclasda Strateji Planda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, ötən dövr ərzində həyata keçirilmiş layihələr, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. Bildirilib ki, ilin əvvəlindən etibarən Strateji Plan çərçivəsində rəqəmsal transformasiya, idarəetmə proseslərinin təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, institusional inkişaf, məlumat əsaslı idarəetmə yanaşmasının tətbiqi və vətəndaş məmnuniyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.
Qeyd olunub ki, Strateji Planın əsas prioritetləri sırasında dövlət–biznes əməkdaşlığının “G4B” (Government for Business) yanaşması əsasında inkişaf etdirilməsi, proseslərin vahid rəqəmsal platformada avtomatlaşdırılması, informasiya sistemlərinin inteqrasiyasının genişləndirilməsi, süni intellekt texnologiyalarının mərhələli şəkildə tətbiqi, eləcə də dövlət resurslarından səmərəli istifadəni təmin edən idarəetmə mexanizmlərinin formalaşdırılması mühüm yer tutur.
İclas zamanı strateji hədəflərin icra vəziyyəti qiymətləndirilib, növbəti mərhələ üzrə prioritet istiqamətlər müəyyənləşdirilib, struktur bölmələri arasında koordinasiyanın daha da gücləndirilməsinin və tədbirlərin nəticəyönümlü şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Sonda bildirilib ki, Strateji Planın ardıcıl və sistemli icrası Agentliyin müasir, çevik və innovativ idarəetmə modelinin formalaşdırılmasına, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsinə və dövlət xidmətlərinin daha səmərəli təşkilinə mühüm töhfə verəcək.
TREND
- AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib
- Müəllim – gələcəyin qurucusu və biliyin yol göstərəni
- Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
- Məhkəmə ekspertizasında özəl sektor genişlənir – təlimlər başladı
- Tibb üzrə Nobel mükafatının laureatları açıqlanıb
- İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
- Olimp Hospital və AGMA maarifləndirici seminar keçirib – FOTOLAR
- ABB “Bakıkart” ödənişlərinə keşbekləri KƏSKİN AZALTDI – NARAZILIQ


