Göygöl rayonu Qırıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların, 1990-cı il “20 yanvar” şəhidlərinin və I və II Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksi və ətrafı Göygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göygöl rayon Yol İstismarı İdarəsi tərəfindən əsaslı təmir olunur.
Əraziyə çınqıl örtük tökülərək hamarlanmış, istismar müddəti bitərək sıradan çıxmış bordürlər yenisi ilə əvəz olunmuş və hal hazırda abadlıq-təmir işləri davam etdirilir.
C.Quliyev.


