“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinə yeni icraçı direktor təyin olunub.
ASA-dan verilən məlumata görə, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyində Təsisçilərin Ümumi Yığıncağının 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
İclasın gündəliyində duran məsələlərdən biri Birliyin icraçı direktorunun səlahiyyət müddəti ilə bağlı olub.
Belə ki, Elmar Mirsalayevin icraçı direktor olaraq səlahiyyət müddəti sona çatdığı üçün səsvermə keçirilib və Abas Miskərli ASA-nın yeni icraçı direktoru seçilib.
Qeyd edək ki, A.Miskərli 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, Qərb Universitetində isə magistr təhsili alıb. 2012-ci ildə İngiltərənin Beynəlxalq Çarter Sığorta Universitetində təhsilini davam edərək, 2016 ildə “Dip.CII” dərəcəsini alıb.
Habelə dünyaca nüfuzlu Kembric Universitetində maliyyə üzrə magistr təhsili alıb. 20 ilə yaxın peşəkar sığortaçı təcrübəsinə malik olan A.Miskərli əmək fəaliyyəti müddəti ərzində müxtəlif sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
TREND
- AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- Xəzərin dibi ilə Azərbaycan üçün yeni gəlir mənbəyi: Transxəzər Fiber-Optik Rabitə Xətti
- Azərbaycan Mərkəzi Asiyanın yaşıl enerjisini Avropaya daşıyacaq – Kamal Hacıyev
- İnformasiya sistemlərinə qarşı kibertəhlükə: mütəxəssislər xəbərdarlıq etdi
- Azərbaycan mediası Prezidentin çağırışlarına uyğun fəaliyyətini daha da gücləndirəcək
- Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər
- İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü


