Görkəmli oftalmoloq, əməkdar elm xadimi Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə özəl olaraq Liv Bona Dea Oftalmologiya 100 nəfərə ödənişsiz müayinə edəcək.
Tibb müəssisəsindən BAKU.NEWS-a verilən məlumata görə, yüksək tələbatdan dolayı 50 yaş üzəri daha 100 nəfərə ödənişsiz müayinə hədiyyə ediləcək. Bundan başqa Liv Bona Dea Oftalmologiya 2 nəfərə göz əməliyyatını heç bir ödəniş olmadan edəcək.
Müayinəni və əməliyyatları Türkiyədən gələcək olan professor, dossent və uzman doktor heyəti aparacaq.
Sevinc Kərimova



