Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” velosiped klubunun tərkibində qarşıdan gələn dünya çempionatına hazırlıq keçən gənc oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov təlim-məşq toplanışı çərçivəsində növbəti yarışda iştirak edib.
Velosipedçimiz Belçikada 19 yaşadək idmançılar arasında keçirilən birgünlük “Neerwinden” yarışında mübarizə aparıb. “Cannibal Team” klubunun üzvlərindən yalnız K.Mirzəxanovun iştirak etdiyi mübarizəyə 40 velosipedçi qatılıb. İdmançılar 81 km məsafə qət ediblər.
Yığma komandamızın üzvü 2 saat 2 dəqiqə 13 saniyə nəticə ilə 13-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, K.Mirzəxanov Belçika 40 günlük hazırlıq prosesi çərçivəsində bir çox yarışlarda uğurla iştirak edib.


