Xəbər verdiyimiz kimi, bu gün saat 03:00 radələrində “Location” klubunda yanğınla nəticələnən partlayış baş verib. Partlayışda 1 nəfər həlak olub, 37 nəfər yaralanıb.
BAKU.NEWS Qafqazinfo-ya istinadla xəbər verir ki, yaralılardan biri də tanınmış bloqer Aysel Şükürovadır.
Onun hazırda xəstəxanada olduğu bildirilir.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.


