Xüsusi icra institutunun mərhələli şəkildə ölkə üzrə tətbiqi nəzərdə tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, daha əvvəl Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərəcək şəxslər üçün müsabiqə elan edib.
Nazirlikdən həmçinin bildirilib ki, xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə əvvəl test imtahanı, sonra isə müsahibə keçiriləcək.
Hər ikisindən uğurlu keçən namizədlər vakansiyalara uyğun olaraq icbari təlimə buraxılacaqlar.
Xüsusi icra məmuru olmaq istəyən şəxslər azı 3 aylıq ilkin icbari hazırlıqdan keçir, bundan sonra isə stajkeçməyə cəlb olunurlar.
Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 ildən az olmayaraq işləmiş şəxslər testdən, ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaql, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


