Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev V “Yüksəliş” müsabiqəsinin qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyev ilə görüşüb.
Görüş zamanı Xidmət rəisi qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. V.Quliyev son illərdə əmək münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsi sahəsində aparılan islahatlar, qanunvericiliyə edilən dəyişikliklər və tətbiq olunan rəqəmsal həllər barədə məlumat verib.
Xidmət rəisi bildirib ki, əmək münasibətlərinin rəqəmsallaşdırılması işçi və işəgötürənlər üçün proseslərin daha əlçatan, şəffaf və operativ aparılmasına imkan yaradıb. ƏMAS platforması üzərindən əmək münasibətlərinə dair sənədləşmələrin elektron qaydada aparılması, elektron audit və istehsalatda baş verən bədbəxt hadisələr üzrə elektron reyestrin formalaşdırılması həm nəzarət imkanlarını genişləndirir, həm də risklərin əvvəlcədən müəyyən edilməsinə şərait yaradır.
V.Quliyev Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən işəgötürənlərə metodiki dəstək göstərildiyini, təlim və maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qeyd edib. O, “DOST Müfəttiş”, “Nümunəvi müəssisə” kimi layihələrin iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda iş yerlərində bədbəxt hadisələri və peşə xəstəliklərinin qarşısının alınmasına, sıfır qəza prinsipinə və təhlükəsiz əmək mühitinin formalaşdırılmasına əsaslanan “Vision Zero” yanaşmasının ölkədə tətbiqi prosesi üzərində aparılan işlərdən də bəhs edib.
Görüşdə qalibləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib və layihələri ilə bağlı müvafiq tövsiyələr verilib. Gələcəkdə həyata keçiriləcək müxtəlif layihələrdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.
TREND
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib


