Azərbaycan Respublikası Ali Məhkəməsində xarici məhkəmə qərarlarının tanınması ilə bağlı müsbət irəliləyişlər müşahidə olunur.
Bunu vəkil Fərid Nəbili bildirib.
O, son iki ildə Azərbaycanda xarici məhkəmə qərarlarının tanınması ilə bağlı bəzi müşahidələrini bölüşüb.
Vəkil deyib ki, Ali Məhkəmədə daha şəffaf və təkmilləşdirilmiş hüquqi prosedurlar və iclaslar keçiilir: “Hətta dövlət müəssisələrinin iştirak etdiyi işlərdə belə neytrallığın və ədalətliliyin artması çox vacib bir irəliləyişdir. Məsələn, tanınma işlərimizdən birində, dövlət şirkətinə qarşı 20 milyon AZN məbləğində olan qərar Azərbaycan Ali Məhkəməsi tərəfindən tanınıb”.
F.Nəbili məsələ ilə bağlı öz təklif və tövsiyələrin də bölüşüb:
“Məhkəmə iclaslarının rəsmi dayandırılması anlayışı tətbiq edilmir ki, bu da rəsmi dayandırma qərarı olmadan iclasların təkrarən və uzun müddətə təxirə salınmasına səbəb ola bilər. Tanınmadan sonrakı icra prosesi zamanı müəyyən faktların dəyişməsi ehtimalına qarşı ləğvetmə sərəncamı imkanı potensial qoruyucu vasitə kimi nəzərə alınmalıdır. Buna görə də gələcəkdə baş verə biləcək dəyişikliklərlə bağlı həddindən artıq məhkəmə ehtiyatlılığı “tanınma” konsepsiyasına xələl gətirə bilər. İşin mahiyyəti və xaricdə baş verən əlaqəli hadisələr geniş şəkildə yenidən araşdırılmamalıdır”.
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


