“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin pozulmasına görə cərimələnib.
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 4 min manat məbləğində cərimə edilib.
Məlumata əsasən, Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində “Xalq Kapital”da cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.
Bununla əlaqədar şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələri əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən 4 000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “Xalq Kapital İnvestisiya Şirkəti” 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 420 min manatdır və kapitalının 100%-i “Xalq Bank” ASC-yə məxsusdur. (plat.az)
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


