ABŞ-ın hazırkı Prezidenti Donald Tramp ölkənin yeni rəhbəri Co Baydenin 20 yanvarda keçiriləcək andiçmə mərasiminə hazırlıqla bağlı federal vəsaiti istifadə etmək üçün paytaxtda fövqəladə vəziyyət elan edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Vaşinqtondakı fövqəladə vəziyyət çərçivəsində Trampın Daxili Təhlükəsizlik Nazirliyinə bağlı Federal Fövqəladə İdarəetmə Agentliyinə (FEMA) bütün zəruri təcili ehtiyacları ödəməsini tapşırdığı qeyd edilib.


