RSFSR Xalq artisti, aktyor və rejissor Valentin Qaft 85 yaşında dünyasını dəyişib.
BAKU.NEWS bildirir ki, bu barədə “TASS”a onun həyat yoldaşı Olqa Ostroumova bildirib.
Aktyorla vida mərasimi dekabrın 15-də keçiriləcək. O, Moskvada yerləşən Troyekurov qəbiristanlığında dəfn ediləcək.
Xalq artisti 2019-cu ilin yayında insult keçirmişdi.
Qeyd edək ki, V.Qaft kinoda “Dante küçəsində qətl”lə debüt edib. O, həmçinin “Qaraj”, “Master və Marqarita”, “Sehrbazlar” və s. populyar filmlərdə çəkilib.


