Ukrayna İstanbulda imzalanmış sazişə uyğun olaraq Qara dəniz vasitəsilə taxıl ixracına başlayacaq.
BAKU.NEWS “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski bildirib.
“Hər şeyi hazırlamışıq. Bizim tərəfdə dəhliz fəaliyyət göstərir, ona Ukrayna nəzarət edir və orada yoxlamalar yalnız ukraynalılar tərəfindən aparılacaq”, – o deyib.
Onun sözlərinə görə, Ukraynanın taxıl ixracının təhlükəsizliyini təmin etmək Türkiyə və BMT-nin üzərinə düşür və bununla bağlı müvafiq sazişlər imzalanıb: “Biz taxıl ixracı ilə bağlı müvafiq sənədlər imzaladığımız Türkiyə və BMT-yə güvənirik”.


