Azərbaycanda yaradılacaq atəşkəsə nəzarət üzrə birgə monitorinq mərkəzində Rusiya və Türkiyənin heyəti eyni sayda olacaq.
BAKU.NEWS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
O xatırladıb ki, noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Rusiya-Türkiyə monitorinq mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib.
Mərkəz Azərbaycan ərazisində yerləşəcək və orada iki ölkənin hərbçilərinin sayı bərabər olacaq.


