Tərtər sakini qətlə yetirilib.
BAKU.NEWS-un bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Kənd sakini Kərimov Yaməddin Məhiyəddin oğlu yaşadığı evdə qətlə yetirilib.
İlkin məlumatlara görə, Y.Kərimov qardaşı oğlu tərəfindən öldürülüb.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.


