“Tərtər” işi ilə bağlı məsələ hələ də gündəmdən düşmür.
Tərtər hadisələri zamanı əsgərlərə və zabitlərə verilən işgəncələr ictimaiyyətdə ciddi müzakirə olunur. Ölənlərin və sağ qalanların ailələri sosial şəbəkələrdəki çıxışlarında hələ də baş verənlərdə günahkar olanların cəzalandırılması tələbiylə çıxış edirlər.
BAKU.NEWS xəbər verir ki, keçmiş əsgər olmuş Məmmədov Raul Süliddin oğlu sosial şəbəkələrdə açıqlamasında “Tərtər” hadisələrində baş verənlərlə bağlı xatirələrini danışıb və fikirlərini bildirib.
Həmin görüntüləri sizə təqdim edirik:



