Pandemiya dövrü üçün Təhsil Nazirliyinin 4 tədris planı var.
BAKU.NEWS xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib.
O bildirib ki, tədris planlarına əsasən təhsil müəssisələrində əyani təhsil həftədə 2, 3, 5 gün keçiriləcək və yaxud da tədris distant formada aparılacaq.

