“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televizya Akademiyasının prorektoru, tanınmış jurnalist Vəli Əkbər ağır ürək əməliyyatı keçirib.
Bizim.Media xəbər verir ki, Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında icra olunan baypass əməliyyatı uğurla başa çatıb.
Əməliyyat Klinikanın Kardiologiya şöbəsinin müdiri Mirəli Məcidov tərəfindən icra edilib. Həkim bildirib ki, artıq pasiyentin ürəklə bağlı heç bir həyati təhlükəsi yoxdur.
Xatırladaq ki, Vəli Əkbər bu ilin yanvar ayının sonuna qədər “AzTV”də İnformasiya Studiyasının direktoru olub. Keçirdiyi ikinci infarkt nəticəsində səhhətində yaranan problemlərə görə, bu vəzifəsindən uzaqlaşmalı olub. O, həmin vaxtdan etibarən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televizya Akademiyasının prorektoru vəzifəsini tutur.
TREND
- İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
- Sea Breeze ərazisində möhtəşəm CineMastercard kinoteatrı açılacaq – FOTOLAR
- Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
- Azərbaycan Zəfərdən sonra: Sülh, təhlükəsizlik və müstəqil xarici siyasət
- Fitch: “Italiana Petroli”nin alınması SOCAR-ın biznes diversifikasiyasını yaxşılaşdıracaq
- Yeni Azərbaycanı yeni uğurlara aparan siyasi qüvvə
- Azərbaycan oftalmologiyasının elmi potensialı Daşkənddə təqdim olunub
- Xalq artisti evdə yıxılıb xəsarət aldı


