Yanvarın 12-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək.
BAKU.NEWS bildirir ki, bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.
Məlumata görə, “Əmlak Hərrac Mərkəzi” MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.
Əmlak üçün 920 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 9200 manat beh kimi ödənilməlidir.
Xatırladaq ki, əmlakın ilkin satış qiyməti 2 milyon manat olub.


