Dövlət sərhədindən buraxılış məntəqəsində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinq aparılıb.
Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən həyata keçirilən monitorinqlər çərçivəsində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində mal və nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışı və gömrük yoxlaması tədbirləri, həmçinin sərhədkeçmə prosesləri əyani şəkildə izlənilib.
Eyni zamanda monitorinq çərçivəsində gömrük nəzarəti, sərhədkeçmə prosesləri, yük və nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması ilə bağlı həyata keçirilən təkmilləşdirmələr və yeniliklər barədə ətraflı izahlar verilib.
TREND
- Prezident Vyetnamın Baş naziri ilə görüşdü
- Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi
- Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı
- “Atlant”ın rəhbəri vəfat etdi
- QHT-lər üçün qrant müsabiqələri elan edildi
- Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinq aparılıb
- “INCI CLINIC” və “Qala Sığorta” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq


