Fəvvarələr meydanında açılmış “Soyuq əllər, isti ürək – 2022-2023” xeyriyyə yarmarkası davam edir. Festivalın açılış mərasimində xodulistlər, jonqlyorlar, müxtəlif nağılların qəhrəmanları, sevilən cizgi filmlərinin personajları, animatorlar, musiqiçilər uşaqdan tutmuş böyüyədək hər kəsi soyuq qış günündə sevindirib.
BAKU.NEWS xəbər verir ki, xeyriyyə yarmarkası 2023-cü il yanvarın 15-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş sərbəstdir.
FOTO: Azər İbrahimov







































