“Silk Vey Vest Aviaşirkəti” MMC-nin yeni hava limanının tikintisinə indiyədək açıqlanan dövrlərdə ödədiyi ilkin vəsait (avans) ən azı 162 milyon manatı ötüb.
Bunun 106 milyon 311 min manatı 2026-cı ilin ilk altı ayına düşür. Şirkət bu vəsaiti Ələt Azad İqtisadi Zonasında tikilən yeni yük hava limanı layihəsi üzrə ilkin ödəniş kimi yönəldib. 2026-cı ilin ilk yarısında hava limanı tikintisinə ayrılan vəsait şirkətin bütün investisiya xərclərinin (268 milyon 391 min manat) təxminən 39,6%-ni təşkil edib və ən böyük investisiya ödənişi olub.
Şirkətin 2024-cü il üzrə maliyyə hesabatında qeyd olunur ki, “Silk Vey Vest Aviaşirkəti” Ələt Azad İqtisadi Zonasında yaratdığı “SW AFEZKO” şirkəti vasitəsilə Ələtdə öz beynəlxalq yük hava limanının tikintisinə 2024-cü ildə başlayıb. Həmin il tikinti üzrə 10 milyon 569 min manat avans ödənilib. 2025-ci ilin tam ili üzrə rəsmi hesabat açıq mənbələrdə yer almadığından ötən ilin ikinci yarısındakı ödənişlər məlum deyil. Buna görə də ümumi ödənilmiş avansın 162 milyon 176 min manatdan daha çox olduğu ehtimal edilir.
Ələt qəsəbəsində, Ələt Azad İqtisadi Zonasında inşa edilən hava limanının 2027-ci ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir. Tikintinin ümumi dəyəri isə açıqlanmayıb.
Qeyd edək ki, “Silk Vey Vest Aviaşirkəti” MMC 19 yanvar 2012-ci ildə qeydiyyata alınıb və əsas işi hava yolu ilə yük daşımaqdır. Şirkətin nizamnamə kapitalı 30 iyun 2026-cı il tarixinə 182 milyon 697 min manatdır. Səhmlərin 98%-i “Silk Way Aviaşirkəti” MMC-yə, 2%-i “Silk Way Development” MMC-yə məxsusdur. (Plat.az)
TREND
- INCI CLINIC və İnci Laboratoriyalarında keyfiyyətli idarəetmə üzrə təlim keçirilib
- “By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb
- AAYDA “Azəriqaz”a BORCUNU ÖDƏMƏK İSTƏMƏDİ – 3 MƏHKƏMƏDƏ UDUZDU
- “Silk Vey Vest” Ələt hava limanının tikintisinə 162 milyon manat xərcləyib
- Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı
- İlham Əliyev Trampa təşəkkür etdi
- “Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu – FOTOLAR
- İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb


