Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyətinin üzvləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan qiymətləndirmə imtahanında iştirak edərək müxtəlif ixtisas istiqamətləri üzrə uğurlu nəticə göstəriblər.
Bu barədə AQC İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, AQC komandası olaraq imtahanda iştirak etmək və müxtəlif istiqamətlər üzrə peşəkar bilik və bacarıqları təsdiqləmək sevindirici haldır.
İmtahanın nəticələrinə əsasən, AQC İdarə Heyətinin sədri Vüqar Oruc təbii sərvətlərin qiymətləndirilməsi, birinci müavin Fərid Rüstəmov xidmətlərin qiymətləndirilməsi, sədr müavini Nail Həşimov müəssisələrin qiymətləndirilməsi istiqaməti üzrə uğurlu nəticə əldə edib.
Bundan əlavə, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asif Yusubov xidmətlərin qiymətləndirilməsi, İdarə Heyəti sədrinin müşaviri Asif İbrahimov risklərin, dəymiş ziyanın və əldən çıxmış mənfəətin qiymətləndirilməsi, İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əli isə daşınar əmlakın, o cümlədən nəqliyyat vasitələrinin, bitkilərin və heyvanların qiymətləndirilməsi istiqaməti üzrə imtahanı uğurla başa vurub.
Orxan Əli paylaşımında qeyd edib ki, bundan əvvəl də daşınar əmlakın və torpaq sahələrinin qiymətləndirilməsi istiqamətləri üzrə imtahanlarda iştirak edərək müvafiq nəticələr əldə edib.
O, həmkarlarını təbrik edərək peşəkar fəaliyyətlərində yeni uğurlar arzulayıb və AQC komandasının biliklərin təkmilləşdirilməsi, peşəkar inkişaf və qiymətləndirmə sahəsinin gələcəyinə töhfə vermək istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
TREND
- “AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib
- AQC-nin mətbuat katibi qiymətləndirici kimi ikinci sertifikatını aldı
- Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb-VİDEO
- YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyinin inkişafında tarixi dönüş nöqtəsidir!
- “AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək
- Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
- “Holberton School Azerbaijan”da İKT üzrə 100 faizlik təqaüd proqramına tələbə qəbulu başlayır
- Endirimli cümə həftəsində “Yelo Invest”də komissiyasız alış


